Menu

Avropa ABŞ-nin hərbi dəstəyinə möhtacdır – Belçikalı nazirdən etiraf

07.07.2026, 13:01
Avropa ABŞ-nin hərbi dəstəyinə möhtacdır – Belçikalı nazirdən etiraf

Avropa ABŞ-nin qorumasına daha 10 il ehtiyac duyur və Avropa NATO liderləri diplomatik olmalıdır ki, ABŞ lideri Donald Trampı uzaqlaşdırmasınlar.

"AzPolitika" xəbər verir ki, bunu Belçika Müdafiə Naziri Teo Franken Politico qəzetinə bildirilib.

O deyibki, Avropa İttifaqı ABŞ-nin davamlı köməyi olmadan özünü müdafiə etməyə hazır deyil, buna görə də avropalılar amerikalıların öz tərəflərində qalmasına ehtiyac duyurlar. Nazirin təxmininə görə, Avropaya hərbi potensialını artırmaq üçün beş-on il lazım olacaq və ABŞ hazırda bunu dəstəkləyir.

Belçika müdafiə nazirliyinin rəhbəri deyib ki, indi əsas məsələ Trampı qəzəbləndirməməkdir. "Bizə amerikalılar lazımdır, diplomatik olmalıyıq, dediklərini dinləməliyik, uyğunlaşmağa çalışmalıyıq," - Franken deyib.

Franken Avropa liderlərini AB proqramı çərçivəsində silah müqavilələrində yerli müdafiə şirkətlərinə üstünlük verməkdən çəkinməyə çağırıb və belə bir addımı tamamilə proteksionist adlandırıb.

Tramp son vaxtlar Avropadakı müttəfiqlərini İranla müharibəyə qoşulmaqdan imtina etdiklərinə görə sərt tənqid edib. Bütün Aİ ölkələri İslam Respublikasına qarşı ABŞ-nin tərəfində döyüşlərdə iştirak etməkdən imtina ediblər. Buna cavab olaraq, Amerika Birləşmiş Ştatları Prezidenti Avropa müttəfiqlərini qorxaq adlandırıb və bunu yadda saxlayacağına söz verib. O, həmçinin NATO-nu tənqid edərək alyansı "kağız pələng" adlandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol