Menu

"Bu gün on milyardlarla dollarlıq kontraktlar imzalanıb" - NATO Baş katibi

07.07.2026, 14:58
"Bu gün on milyardlarla dollarlıq kontraktlar imzalanıb" - NATO Baş katibi

Ötən il NATO-nun müdafiəsinə 37 milyard dollar investisiya yatırılıb.

APA xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte Ankarada keçirilən NATO zirvəsində deyib.

Onun sözlərinə görə, gələn ilə qədər hərbi blok 4 milyon artilleriya mərmisi istehsal edəcək.

“Bu səhər əhəmiyyətli yeni kontraktlar imzalanıb və böyük bəyanatlar verilib. Bu kontraktlar bütünlükdə on milyardlarla dollar dəyərindədir və getdikcə artır”, - NATO Baş katibi bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol