Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bu gün jurnalistlərə verdiyi açıqlamada, Moskinonun Ankarada keçirilən NATO sammitinin gedişatını diqqətlə təqib etdiyini bildirib.
Kreml rəsmisi sammitin qlobal əhəmiyyətinə toxunaraq, "Şübhəsiz ki, bu, biz də daxil olmaqla hər kəsi maraqlandıran bir hadisədir. Ankaradan gələn xəbərləri və məlumatları əlbəttə ki, yaxından izləyəcəyik" deyib.
Sammit ərəfəsində Rusiya əleyhinə səsləndirilən fikirlərə də münasibət bildirən Peskov, alyansın mövqeyini tənqid edib: "Sammitə gedən prosesdə ölkəmizlə bağlı bir çox bəyanatlar eşitdik. Təəssüf ki, bu açıqlamalar konstruktiv dialoq və tərəfdaşlıq barədə deyil, birbaşa qarşıdurma haqqındaydı".
“AzPolitika.info”

Şərhlər