Menu

Rusiya yorulur, amma hücum potensialını hələ də qoruyur - Sırski ehtiyatla danışdı

07.07.2026, 16:28
Rusiya yorulur, amma hücum potensialını hələ də qoruyur - Sırski ehtiyatla danışdı

Ukrayna Silahlı Qüvvələrinin rusiyalılara qarşı üstünlüyü var, bu da onların ordusunun itkiləri ilə təsdiqlənir. Lakin düşmən bunu say üstünlüyü ilə kompensasiya etməyə çalışır və cəbhənin uzunluğunu artırmağı planlaşdırır.

"AzPolitika" xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Oleksandr Sırski tdeyib.

Onun sözlərinə görə, Ukrayna Müdafiə Qüvvələri işğalçıların şəxsi heyəti və avadanlıqlarını,logist ikasını davamlı olaraq məhv edir və əsasən Rusiya Federasiyasının yanacaq və enerji kompleksinə hərbi və kritik infrastruktur obyektlərinə effektiv zərbələr endirir ki, bu da onun hərbi maşınının işləməməsini təmin edir.

"Bu göstərir ki, biz düzgün iş görürük. Eyni zamanda, müharibədə dönüş nöqtəsindən danışmaq üçün hələ tezdir. Hücumçu yorğunluq əlamətləri göstərir, amma əhəmiyyətli hücum potensialını saxlayır. O, qoşunlarının sayını artırır, Ukrayna ərazisinə genişmiqyaslı zərbələr endirir, silah istehsalını artırır, təşəbbüsü ələ keçirməyə və cəbhənin yeni sektorlarında mümkün hücum əməliyyatlarına hazırlaşır," - baş komandan bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol