Fransa Apelyasiya Məhkəməsi bu gün millətçi lider Marin Le Pen barəsində birinci instansiya məhkəməsinin çıxardığı qərarı yenidən nəzərdən keçirib.

"AzPolitika" xəbər verir ki, bu qərar Le Penin 2027-ci ilin baharında keçiriləcək prezident seçkilərində iştirakına faktiki olaraq hüquqi imkan yaradıb.

Apelyasiya instansiyası birinci məhkəmənin Le Penin dövlət vəzifələrinə namizədliyini irəli sürməsini qadağan edən 45 aylıq cəzasını şərti olaraq 30 aya qədər azaldıb. "Reuters" agentliyinin yaydığı məlumata görə, bu müddətin 15 ayı artıq təsdiqləndiyi üçün namizədliyin irəli sürülməsinə qoyulan qadağa artıq qüvvədən düşüb.

Bununla belə, Apelyasiya Məhkəməsi millətçi lideri Avropa İttifaqı (Aİ) fondlarının vəsaitlərini mənimsəməkdə təqsirli bilərək barəsində 3 illik həbs qərarı çıxarıb. Qərara əsasən, bu cəzanın iki ili şərtidir, qalan bir ili isə Le Penin ayağına xüsusi elektron nəzarət cihazı (qolbaq) taxılmaqla icra olunmalıdır. "Reuters" yazır ki, həmin cihazın varlığı Le Pen üçün potensial seçki kampaniyası dövründə əlavə siyasi və logistik çətinliklər yarada bilər.

"AzPolitika.info"