Menu

UEFA Çempionlar Liqası: "Sabah" TNS komandasını məğlub edib

07.07.2026, 22:45
UEFA Çempionlar Liqası: "Sabah" TNS komandasını məğlub edib

"Sabah" UEFA Çempionlar Liqasında ilk oyununa çıxıb.

Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin I təsnifat mərhələsinin ilk oyununda Uelsin TNS komandasını qəbul edib.

Masazırdakı "Bank Respublika Arena"da baş tutan qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.

66-cı dəqiqədə Velko Simiç, 84-cü dəqiqədə Kahim Parris fərqlənib.

Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 14-də Uelsdə keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol