Menu

DÇ-2026: Argentina Misir üzərində əzmkar qələbə qazandı

07.07.2026, 22:48
DÇ-2026: Argentina Misir üzərində əzmkar qələbə qazandı

Futbol üzrə dünya çempionatında Argentina Misir üzərində əzmkar qələbə qazanıb.

"Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi 3:2 hesablı qələbəyə sevinib.

Görüşdə ilk iki qolu Misir komandası vurub. Yasser İbrahim (15) və Mustafa Ziko (67) Afrika təmsilçisini hesabda irəli çıxarıblar. Bununla belə, özündə güc toplayan Argentina seçməsi ardıcıl 3 dəfə rəqib qapısına yol tapmaqla qalib gəlməyi bacarıb.

"Tanqoçular"un heyətində Kristian Romero (79), Lionel Messi (83) və Enzo Fernandes (90+3) diqqət mərkəzinə düşüblər.

Qarşılaşmanın 21-ci dəqiqəsində Argentinanın kapitanı Lionel Messi penalti zərbəsindən yararlana bilməyib. Onun vuruşunu rəqib qapıçı Mustafa Şubir qaytarıb.

Qeyd edək ki, Argentina 1/4 finalda İsveçrə - Kolumbiya cütünün qalibi ilə üz-üzə gələcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol