Menu

"Ukrayna artıq Rusiyaya zərbələr üçün heç kimdən icazə almayacaq" - Sibiqa

08.07.2026, 09:11
"Ukrayna artıq Rusiyaya zərbələr üçün heç kimdən icazə almayacaq" - Sibiqa

Ukrayna Rusiya ərazisindəki qanuni hərbi hədəflərə uzaqmənzilli zərbələr endirmək üçün artıq üçüncü tərəflərin icazəsinə ehtiyac duymur.

APA xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andriy Sibiqa bildirib.

Onun sözlərinə görə, Kiyev bundan sonra öz istehsalı olan silahlarla asimmetrik əməliyyatları davam etdirəcək.

Nazir vurğulayıb ki, bu hüquq BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququndan irəli gəlir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol