Rusiya Dumasının ən radikal imperiyaçı deputatlarından biri və tez-tez təbliğat şoularının qonağı olan Juravlyov qatıldığı efirlərin birində “xoşagəlməz” sualla qarşılaşıb.

“AzPolitika” xəbər verir ki, jurnalistin deputatdan niyə hamını cəbhəyə, ölümə çağırıb, özünün Moskvada oturduğunu soruşması Juravlyovu özündən çıxarıb.

“Niyə hamını birləşib cəbhəyə getməyə çağıran və insan həyatının vacib olmadığını deyən deputat Juravlyovun özü Moskvadadır”, - deyə aparıcı soruşub. Deputat cavab verib ki, bu, təhqiredici sualdır və o, 2014-cü ildən Donbasa gedir. 

Ardınca jurnalist soruşub ki, “siz “SVO” iştirakçısınız”?

Bu, deputatı lap özündən çıxarıb. Juravlyov özünə haqq qazandırmaq üçün səsini qaldırmağa, qarışıq, hətta nalayiq ifadələr işlətməyə başlayıb. Doğru-dürüst cavab verə bilməyən deputat sonda müsahibəni yarımçıq kəsərək, studiyanı tərk edib və bu zaman onunla jurnalist bir-birini qarşılıqlı şəkildə təhqir ediblər.

Juravlyovun bu davranışı sosial mediada və şəbəkələrdə müzakirələrə səbəb olub. Bu, bir daha Rusiya hakim dairələrinin həqiqətdən necə nifrət etdiyini və sadə rusları Ukraynaya “ət maşınına” göndərib, özlərinin isə lyuks həyat tərzini davam etdirdiyinin təsdiqi kimi qəbul olunubğ.

VİDEO LİNKDƏ: https://vkvideo.ru/video-174403616_456287088

AzPolitika.info”