Litva Seyminin üzvləri ölkədə nüvə silahlarının yerləşdirilməsinə qoyulan qadağanın ləğvi üçün qanun layihəsini nəzərdən keçirəcək.

"AzPolitika" xəbər verir ki, 89 parlament üzvü düzəlişin müzakirəsinə səs verdib, 11-i əleyhinə səs verib, altısı isə bitərəf qalıb. Litva Prezidenti Gitanas Nauseda keçən həftə Berlinə səfəri zamanı bu dəyişiklikləri elan edib. O, ölkəsinin Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda alyansın nüvə çəkindirmə sisteminə qoşulmağa hazır olduğunu açıqlayıb. Nauseda əlavə edib ki, Litvanın sülh dövründə ərazisində nüvə silahlarının yerləşdirilməsi üçün hələlik aydın planları yoxdur.

Qanun layihəsini təqdim edən ölkənin hakim koalisiyasının üzvləri vurğulayırlar ki, konstitusiya normasının ləğvi Litvanın Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsi və digər beynəlxalq sazişlər üzrə öhdəliklərinə təsir etməyəcək.

Qanun layihəsinin müzakirəsi parlamentin payız sessiyasında planlaşdırılıb. Hazırda Litva belə məhdudiyyətlərə malik azsaylı NATO üzv dövlətlərindən biridir. 

"Biz bütün çəkindirmə sistemində zəif halqa olaraq qala bilmərik," Litva Seimas spikeri Juozas Olekas deyib.

İyun ayının əvvəlində Financial Times xəbər verib ki, Vilnüs Vaşinqtonla Litva ərazisində Amerika nüvə silahlarının yerləşdirilməsi ilə bağlı danışıqlara başlayıb. Danışıqlar Avropada Amerika hərbi mövcudluğunun azaldılması fonunda aparılır.