NATO-nun 36-cı Zirvə Toplantısı çərçivəsində Ankarada təşkil olunan rəsmi qəbul zamanı Yunanıstanın Baş naziri Kiriakos Miçotakis və həyat yoldaşı Türkiyə Prezident Administrasiyasında rəsmi mərasimlə qarşılanıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanın ev sahibliyi etdiyi tədbirdə liderlər və onların həyat yoldaşları Prezident Administrasiyasına daxil olarkən mehter orkestri müxtəlif marşlar ifa edib.
Kiriakos Miçotakis və həyat yoldaşı avtomobildən düşərək qəbul məkanına doğru hərəkət etdiyi zaman isə mehter orkestri "Ceddin Deden Neslin Baban" marşını səsləndirib.
Həmin anların görüntüləri qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb. Bəzi istifadəçilər marş seçimini Türkiyə–Yunanıstan münasibətləri fonunda simvolik mesaj kimi şərh etsələr də, rəsmi qurumlar bununla bağlı hər hansı açıqlama verməyiblər.
Qeyd edək ki, "Ceddin Deden" Osmanlı hərbi ənənəsinin və Osmanlı tarixinin rəmzlərindən hesab olunan məşhur mehter marşıdır. Mahnı türk millətinin qəhrəmanlığını, vətənə sədaqəti və döyüş ruhunu tərənnüm edir.
"AzPolitika.info"

Şərhlər