Menu

Ərdoğan, Tramp, Fidan və Kalın arasında diqqətçəkən söhbət - VİDEO

08.07.2026, 14:14
Ərdoğan, Tramp, Fidan və Kalın arasında diqqətçəkən söhbət - VİDEO

NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində Ankaradakı Prezident Administrasiyasında liderlərin toplantısından əvvəl diqqətçəkən anlar yaşanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın ABŞ Prezidenti Donald Trampla bir müddət ayaqüstü söhbət ediblər.

Həmin anlar kameralar tərəfindən qeydə alınıb. Tərəflər arasında hansı məsələlərin müzakirə olunduğu açıqlanmayıb.

Qeyd edək ki, zirvə çərçivəsində əvvəlcə liderlərin ailə fotosu çəkilib, daha sonra isə dövlət və hökumət başçılarının iclası başlayıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol