ABŞ-nin müdafiə naziri Pit Heqset bu günə planlaşdırılan İsrailə səfərini ləğv edib.

"AzPolitika" xəbər verir ki, bu barədə "The Jerusalem Post" mənbəyə istinadən məlumat yayıb.

Amerikalı nazir səfər çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahu və İsrailin müdafiə naziri İsrael Katsla görüşməli idi.

NATO sammitində iştirak etmək üçün ABŞ Prezidenti Donald Trampla birlikdə Ankarada olan Heqset ABŞ-nin İrana endirdiyi zərbələr fonunda İsrailə qısamüddətli səfər etməyi planlaşdırırdı.

ABŞ-nin zərbələri Tehranın Hörmüz boğazı yaxınlığında, Oman akvatoriyasında üç ticarət tankerinə qarşı həyata keçirdiyi silsilə hücumlara cavab olaraq endirilib.

Səfərin ləğv edilməsinin səbəbləri rəsmi olaraq açıqlanmır.