"Rusiyanın bu müharibədə qalib gəlmək şansı yoxdur. Onlar hərbi məqsədlərinə çatmayacaqlar və bu müharibəni nə qədər tez bitirsək, Avropa, Rusiya və dünyada sülh üçün bir o qədər yaxşıdır".
“AzPolitika” xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts Ankarada keçirilən NATO sammitində deyib.
Merts əlavə edbi ki, müharibənin tez bir zamanda bitməsi Rusiyanın özü üçün də faydalı olardı.
Bununla yanaşı, o qeyd edib ki, müttəfiqlər Rusiya ilə müharibədə Ukraynaya köməyi davam edəcəklər.
Merts həmçinin NATO sammitində Almaniyanın Avropa tərəfdaşlarından Ukraynaya yeni maliyyə yardımı öhdəlikləri almağa çalışacağını açıqlayıb.
Qeyd edək ki, Ankarada keçirilən NATO sammitinin yekun bəyannaməsində "Rusiyanın Avro-Atlantik təhlükəsizliyinə təhdid yaratdığı" barədə bəyanat, eləcə də NATO-ya üzv dövlətlərin 2026-2027-ci illərdə Ukraynaya hər il 70 milyard avro hərbi dəstək vermək öhdəliyi yer alacaq.
“AzPolitika.info”

Şərhlər