Menu

Budapeştdən Kiyevə mesaj - Humanitar dəstək var, silah yardımı yoxdur

08.07.2026, 15:21
Budapeştdən Kiyevə mesaj - Humanitar dəstək var, silah yardımı yoxdur

Macarıstan Ukraynaya humanitar yardım göstərməyə davam edəcək, lakin silah verməyəcək.

"AzPolitika" xəbər verir ki, bunu Macarıstanın Baş naziri Peter Madyar Ankarada keçirilən NATO sammitində jurnalistlərə bildirib.

O, Macarıstanın yeni hökumətinin Ukrayna münaqişəsi ilə bağlı mövqeyini açıqlayıb:

"Ukraynaya humanitar yardım göstərməyə davam edirik. Amma dəfələrlə dediyim kimi, Macarıstan Ukraynaya silah verməyəcək. Ukrayna qurban, Rusiya isə qəddar təcavüzkardır. Ukraynanın ərazisini və ərazi bütövlüyünü müdafiə etmək hüququ var".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol