Rusiya Federasiyası Dövlət Duması əmək miqrantlarının yetkinlik yaşına çatmış övladlarının 30 gün ərzində Rusiyanı tərk etməsini öhdəliyə götürən qanun qəbul edib

"AzPolitika" xəbər verir ki, Yetkinlik yaşına çatmış əcnəbi vətəndaş, Rusiyada qalmaq və ya yaşamaq üçün digər qanuni əsasları olmadığı təqdirdə, 30 gün ərzində ölkəni tərk etməyə borcludur. Buna alternativ variant kimi, həmin müddət ərzində fiziki şəxslərin gəlir vergisi üzrə rəsmi qeydə alınmış avans ödənişini etməklə şəxsi patentin alınması üçün ərizə təqdim edilə bilər.

Bundan əlavə, qanun xarici işçinin patenti ləğv edildikdə və ya müddəti uzadılmadıqda, yetkinlik yaşına çatmayan övladları ilə birlikdə 15 gün ərzində Rusiyanı tərk etməsini tələb edir.

Ölkədən çıxmaq üçün vaxtın hesablanması, əvvəllər olduğu kimi müvəqqəti qalma müddətinin başa çatdığı vaxtdan deyil, patentin ləğv edildiyi və ya müddətinin uzadılmadığı andan başlayır. Yeni qayda, həmçinin iş icazəsi ilə işləyən və bu icazənin müddəti uzadılmayan yaxud ləğv edilən əcnəbilərə də şamil olunur.

"AzPolitika.info"