İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin son hücumlarından sonra “X” sosial şəbəkəsində Vaşinqtonu sərt tənqid edib.
Pezeşkian paylaşımında bildirib ki, ABŞ-nin Dünya Kubokuna ev sahibliyi etməsi belə onun xarici siyasət yanaşmasını dəyişmir.
“ABŞ hökumətinin Dünya Kubokuna ev sahibliyi etməsi onun tanış xarici siyasətini izləyir: qaydaları pozmaq, rəqibləri qorxutmaq, maneələr yaratmaq və fırıldaqçılıq. Bu, onların MAGA (Make America Great Again” (“Amerikanı yenidən möhtəşəm edək) oyun kitabçasıdır. İran bu cür oyunları rədd edir. Biz hüquqlarımız uğrunda qətiyyətlə mübarizə aparırıq”, – deyə Pezeşkian yazıb.
"AzPolitika.info"

Şərhlər