ABŞ Prezidenti Donald Trampın İranla imzalanmış anlaşma memorandumunun bitdiyini elan etməsindən sonra neft qiymətləri bahalaşmağa başlayıb. 

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bu gün “qara qızıl”ın qiymətində 6%-lik artım qeydə alınıb.

“Reuters”in məlumatına görə, Xarq adasındakı terminal da daxil olmaqla, İran obyektlərinin yenidən bombalanması və İranın Bəhreyn və Qətərə atəş açması Yaxın Şərqdən xam neft tədarükünü poza bilər. Brent markalı xam neftin fyuçersləri 6,04% artaraq barrel üçün 78,64 dollara, Şimali Amerika qarışığı WTI markalı neftin qiyməti isə 6,15% artaraq barel üçün 74,77 dollara çatıb.

ABŞ administrasiyasının SEPAH-ın tankerləri atəşə tutmasına cavab olaraq Tehranın neft ixrac etməsinə icazə verən ümumi lisenziyanı ləğv etməsindən sonra hər iki xam neft növü bahalaşıb.

ING analitikləri yazıblar ki, lisenziyanın ləğvi neft bazarının əsaslarını dəyişdirməsə də, bazardakı əhval-ruhiyyə üçün əhəmiyyətlidir: “Bu, Vaşinqton və Tehran arasında müvəqqəti razılaşmanın pozulması riskini artırır."

“AzPolitika.info”