Ankarada keçirilən NATO Liderlər Sammitinin yekununda "Ankara Bəyannaməsi" qəbul edilib.
"AzPolitika" xəbər verir ki, Bəyannamədə müttəfiqlər kollektiv müdafiəyə və transatlantik birliyə sadiqliklərini bir daha təsdiqləyiblər.
Alyans liderləri, o cümlədən ABŞ Prezidenti Donald Tramp, NATO-nun Vaşinqton Müqaviləsinin 5-ci maddəsinə ("birimizə edilən hücum hamımıza edilmiş sayılır") sarsılmaz sadiqliklərini rəsmən təsdiqləyiblər.
Sənəddə Rusiyanın Avro-Atlantik təhlükəsizliyinə yaratdığı uzunmüddətli təhdid fonunda müdafiə imkanlarının gücləndiriləcəyi, 50 milyard ABŞ dollarından çox dəyərində yeni müdafiə satınalmalarının həyata keçiriləcəyi bildirilib.
NATO liderləri Ukraynaya dəstəyin davam etdiriləcəyini vurğulayaraq, 2026-cı ildə hərbi texnika, yardım və təlim məqsədilə 70 milyard avro ayrılacağını, 2027-ci ildə də ən azı eyni səviyyədə dəstəyin saxlanılacağını bəyan ediblər.
Yekun bəyannamədə Ukrayna rəsmi olaraq ilk dəfə "təhlükəsizlik tərəfdaşı" (security contributor) kimi tanınıb. Bu status ölkənin gələcəkdə bloka qoşulma meyarları üçün mühüm addım hesab olunur.
Bəyannamədə həmçinin İranın nüvə silahına malik olmamalı olduğu vurğulanıb.
Tehran rəhbərliyinə Hörmüz boğazında naviqasiya və gəmilərin sərbəst hərəkəti azadlığına tam hörmət etməsi barədə çağırış edilib.
"AzPolitika.info"

Şərhlər