2026-cı il dünya çempionatının ABŞ-də yerləşən MetLife Stadionunda keçiriləcək final oyununun biletlərinin qiyməti məlum olub.
FIFA-nın rəsmi satış qiymətlərinə əsasən, standart biletlər oturacaq kateqoriyasından asılı olaraq 2 030–6 730 ABŞ dolları (təxminən 3 450–11 440 manat) arasında dəyişir.
Dinamik qiymət sistemi səbəbindən premium 1-ci kateqoriya biletlərinin qiyməti isə 32 970 dollara (təxminən 56 min manat) qədər yüksəlib.
Qara bazarda isə qiymətlər daha da bahadır. Ən ucuz biletlər 8–9,8 min dollar (təxminən 13,6–16,6 min manat) arasında satılır. Orta satış qiyməti 11 272 dollar (təxminən 19,2 min manat) təşkil edir. Meydana yaxın premium yerlər üçün isə qiymətlər 15–38 min dollar (təxminən 25,5–64,6 min manat) və daha yüksəkdir.
Azarkeşlər biletləri həm FIFA-nın rəsmi satış sistemi, həm də rəsmi təkrar satış platforması vasitəsilə əldə edə bilirlər.
"AzPolitika.info"

Şərhlər