Rusiya dizel yanacağının ixracına qadağa qoyub.

"AzPolitika" xəbər verir ki, bu barədə Rusiya hökumətinin sədr müavini Aleksandr Novak bildirib.

O, hökumətin dizel yanacağının ixracına qadağa qoyduğunu açıqlayıb.

"Bu gün dizel yanacağının ixracına qadağa tətbiq olundu", - Baş nazirin müavini deyib.

Novakın sözlərinə görə, qəbul edilmiş qərar daxili istehlak üçün əlavə dizel yanacağı həcmlərini təmin etməyə və Rusiya bazarında vəziyyəti sabitləşdirməyə imkan verəcək.

Baş nazirin müavini Rusiyanın iyul ayında neft məhsullarının idxalına başlayacağını da söyləyib.

O əlavə edib ki, hakimiyyət orqanları, həmçinin Rusiya Dəmir Yolları ilə yanacaq idxalına endirim təklif etmək imkanlarını müzakirə edirlər.