ABŞ-nin İrana endirdiyi son zərbələr nəticəsində səkkiz hərbçi həlak olub.

Bu barədə İranın IRIB dövlət televiziyası İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında bildirilib.

Qeyd olunub ki, həlak olanlar Hərbi Hava və Hərbi Dəniz qüvvələrinin hərbçiləridir.

Məlumata görə, onlar Bəndər-Abbas və Buşehr ərazilərində öldürülüblər.

İran ordusu bu hücuma cavab verəcəyini bildirib.