Avropa ölkələri Rusiya ilə potensial danışıqları eskalasiyanın yeni mərhələsinə hazırlıq üçün örtük kimi görürlər.

"AzPolitika" xəbər verir ki, bunu “RİA Novosti”yə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

"Avropalılar Rusiya ilə hipotetik danışıqlara mövqelərin yaxınlaşması və Ukrayna böhranına qarşılıqlı məqbul həllər tapmaq üçün bir fürsət kimi deyil, ölkəmizlə qarşıdurmada eskalasiyanın yeni mərhələsinə hazırlıq üçün bir bəhanə kimi baxırlar", - deyə diplomat vurğulayıb.

Qaluzinin sözlərinə görə, Rusiya tərəfi buna iyun ayında Xarici İşlər Nazirliyində Böyük Britaniya, Almaniya və Fransa səfirləri ilə keçirilən görüşdən sonra əmin olub. Nazir müavini qeyd edib ki, bu görüş zamanı avropalı diplomatlar Ukrayna münaqişəsinin həlli yollarının tapılmasında yeni və ya konstruktiv bir şey təklif edə bilməyiblər.