Amerika Birləşmiş Ştatları Suriyanı terroru dəstəkləyən ölkələr siyahısından çıxaracaq.
"AzPolitika" xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio bəyan edib.
Dövlət katibi qeyd edib ki, bu, Yaxın Şərq dövlətinə tətbiq edilən sanksiyaların götürülməsi beynəlxalq investisiyalar və ticarət, həmçinin ölkənin yenidən qurulması üçün imkanlar yaradacaq, Suriya xalqı üçün yeni bir mərhələnin başlanğıcı olacaq.
M.Rubio bildirib ki, həm daxildə, həm də qonşuları ilə sülh içində olan sabit bir Suriya yalnız Yaxın Şərq regionu üçün deyil, qlobal miqyasda da müsbət təsir göstərəcək. Onun sözlərinə əsasən, ABŞ Prezidentinin Administrasiyası iyulun 8-də 45 günlük xəbərdarlıq müddətindən sonra terrorizmi dəstəkləyən ölkə statusunun ləğvi planı ilə bağlı Konqresə məlumat verib.

Şərhlər