İran Prezidenti Məsud Pezeşkian ölkənin mərhum ali lideri Əli Xameneyi ilə vida mərasimində Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakına görə təşəkkür edib və Tehran-İrəvan münasibətlərinin daha da möhkəmləndiriləcəyini bildirib.
Pezeşkian "X" hesabındakı paylaşımında Paşinyana və onu nümayəndə heyətinə Ermənistan xalqı və hökuməti adından ifadə olunan başsağlığına görə minnətdarlığını ifadə edib. "Biz bu xoşməramlı münasibəti unutmayacağıq," – deyə İran prezidenti vurğulayıb.
Pezeşkian əlavə edib ki, İran və Ermənistan arasında tarixi dostluq münasibətlərinin ortaq maraqlar, mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında daha da inkişaf edəcəyinə ümid edir.
O, qeyd edib ki, mərhum Xameneyi Ermənistanı "nəcib qonşu" adlandırırdı və bu ölkə ilə əlaqələrin möhkəmlənməsinə xüsusi önəm verirdi.
"AzPolitika.info"

Şərhlər