Menu

Sabah iki rayonun qaz təchizatında fasilə olacaq

09.07.2026, 14:03
Sabah iki rayonun qaz təchizatında fasilə olacaq

İyulun 10-da Biləsuvar və Masallı rayonlarının bir neçə yaşayış məntəqəsində qazın verilişində fasilə yaranacaq.

"AzPolitika" xəbər verir ki, buna səbəb təmir-bərpa və payız-qış mövsümünə hazırlıq işləridir.

Belə ki, sabah 10:00-dan işlər yekunlaşanadək Biləsuvar rayonunun Ovçubərə, Amankənd, Ağalıkənd, Yuxarı Cürəli, Dərvişli, Aşağı Cürəli, Əsgərəbad və Masallı rayonunun Bədalan kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol