Menu

Mingəçevirdə gizli pivə istehsalı: 198 min litr hazır məhsul müsadirə edildi - FOTO

09.07.2026, 15:17
Mingəçevirdə gizli pivə istehsalı: 198 min litr hazır məhsul müsadirə edildi - FOTO

Mingəçevirdə qeydiyyatsız pivə istehsalı faktı aşkar edib.

“AzPolitika” xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti (DVX) məlumat yayıb.

DVX-nin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinin apardığı təhlil və monitorinqlər nəticəsində Mingəçevir şəhəri, A.Şaiq küçəsi, ev 1 ünvanında yerləşən istehsal obyektində rəsmi uçotdan kənar pivə istehsal edilməsi və məhsulun qeyri-rəsmi dövriyyəyə çıxarılması ilə bağlı şübhələr yaranıb.

Təyin olunmuş operativ nəzarət tədbiri zamanı həmin ünvanda fəaliyyət göstərən fərdi sahibkar Xəyyam Tağıyevin təsərrüfat subyektini vergi orqanlarında uçota almadan fəaliyyət göstərdiyi müəyyən olunub.

Yoxlama zamanı istehsal sahəsində və müxtəlif anbarlarda ümumilikdə 198 min litr hazır pivə məhsulu, qablaşdırma üçün nəzərdə tutulmuş çoxsaylı çəlləklər, həmçinin mənşəyini təsdiq edən sənədləri olmayan 14 ton arpa səmənisi, 300 kiloqram pivə mayası və 2 tondan çox digər istehsal xammalı aşkar edilib.

Faktlar qanunvericiliyin tələblərinə uyğun sənədləşdirilib və müvafiq tədbirlər görülüb.

198-min-litr-piveni-qeydiyyatsiz-istehsal-etdiler

Şərhlər

Eli 2026-07-09 19:24:29

Bele adamların yaraşığı "Zindandır".Ay bedbext senin ki bele qabiliyyetin var bunu qanunu yolla et de Allah sene ağıl versin AĞIL.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol