ABŞ ilə İran arasında artan gərginlik fonunda Hörmüz boğazında gəmi hərəkəti demək olar ki, dayanıb. 

Məlumata görə, boğazdan yalnız ABŞ tərəfindən təsdiqlənmiş bir tanker və İran bayrağı altında üzən bir konteyner gəmisi keçə bilib.

Beynəlxalq Dəniz Təşkilatının (IMO) rəhbəri Arsenio Dominqes bildirib ki, son hadisələr nəticəsində Hörmüz boğazı ətrafında təxminən 6 min dənizçi çıxılmaz vəziyyətdə qalıb. Onun sözlərinə görə, münaqişə dənizçilərin həyatını ciddi təhlükə altına salır və heç bir insan yalnız peşəsini icra etdiyi üçün həyatını riskə atmamalıdır.

Dominqes həmçinin bölgədə təhlükəsizliyin təmin olunmasının və mülki dənizçilərin qorunmasının vacibliyini qeyd edib.

"AzPolitika.info"