Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkədə işgüzar səfərdə olan Türkiyənin "Baykar" şirkətinin İdarə Heyətinin sədri Səlcuq Bayraktar və Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgünlə görüşüb.
Bu barədə Azərbaycan Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən müdafiə sənayesi sahəsində uğurla inkişaf etdiyi vurğulanıb.
Bildirilib ki, "Baykar" şirkəti ilə əməkdaşlığın daha da genişləndirilməsi Azərbaycanın müdafiə sənayesinin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.
Qeyd olunub ki, həyata keçirilən birgə layihələr iki ölkə arasında mövcud tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir.
Tərəflər görüş zamanı hərbi-texniki əməkdaşlığın genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Şərhlər