Menu

Türkiyə və Livan liderləri İstanbulda bir araya gələcək

09.07.2026, 20:59
Türkiyə və Livan liderləri İstanbulda bir araya gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 10-da İstanbulda Livanın Baş naziri Nəvaf Salamı qəbul edəcək.

"AzPolitika" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Səfər zamanı Türkiyə ilə Livan arasındakı ikitərəfli münasibətlər müzakirə ediləcək, Livanın ərazi bütövlüyü və suverenliyinə dəstəyin yenidən ifadə olunması nəzərdə tutulur", - paylaşımda bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol