Menu

Keçmiş məhkum saxlanıldı - Oğurluqda şübhəli bilinir

10.07.2026, 11:26
Keçmiş məhkum saxlanıldı - Oğurluqda şübhəli bilinir

Sabunçuda obyektdən oğurluq olub.

"AzPolitika" xəbər verir ki, Pirşağı qəsəbəsində yerləşən obyektlərdən birindən 1800 manat nağd pul və 4160 manat dəyərində noutbuk oğurlanıb.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 23 yaşlı Fərid İdrisov saxlanılıb.

Araşdırmalar zamanı onun Sabunçu rayonu və paytaxtın digər ərazilərində də analoji oğurluq əməlləri törətdiyi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol