Son günlər yağan güclü yağışlar Zaqatalada ciddi problemlər yaradıb.

"AzPolitika" xəbər verir ki, ən ağır vəziyyət Yuxarı Tala kəndi istiqamətində qeydə alınıb.

Talaçayın daşması nəticəsində Meşleş kəndinə gedən yolun təxminən 800 metrlik hissəsi yararsız hala düşüb. Bu səbəbdən 36 təsərrüfatın yerləşdiyi kəndə avtomobillərin gediş-gəlişi xeyli məhdudlaşıb. Sakinlər ərzaq, içməli su və nəqliyyat baxımından çətinlik yaşadıqlarını bildirirlər.

Sel rayonun digər ərazilərində də əkin sahələrinə və təsərrüfatlara ziyan vurub. Hazırda aidiyyəti qurumlar yolların bərpası və nəqliyyat əlaqəsinin bərpası istiqamətində iş aparırlar.