İranın ali lideri Əli Xameneyinin dəfn mərasimindən sonra ali lider Müctəba Xameneyinin uzun müddətdir ictimaiyyət qarşısına çıxmamasının onun səhhəti ilə bağlı sualları yenidən gündməmə gətirib.

Bu barədə "Reuters" agentliyi yazıb.

Agentliyin Tehrandakı yüksək vəzifəli mənbələrə istinadən yaydığı məlumata görə, Müctəba Xameneyi atasının ölümünə səbəb olan hücum zamanı ağır yaralanıb. İddialara əsasən, onun üz nahiyəsi və digər bədən üzvləri ciddi xəsarət alıb və o, hələ də ictimai tədbirlərdə iştirak edə biləcək vəziyyətdə deyil.

Mənbələrin sözlərinə görə, təhlükəsizlik səbəbləri və mümkün yeni hücum riski də onun ictimai çıxışlarını məhdudlaşdırır.

"Reuters" qeyd edir ki, Müctəba Xameneyi müharibənin başlanmasından bəri ictimaiyyət arasında görünməyib. O, yalnız yazılı bəyanatlar yayımlayıb, lakin bu müddətdə onun foto, video və ya səs yazısı paylaşılmayıb.

"AzPolitika.info"