Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Şərqi Afrikaya turu çərçivəsində Burundiyə rəsmi səfərə gəlib.
"AzPolitika" xəbər verir ki, diplomatı təyyarə ölkənin ən böyük şəhəri və iqtisadi paytaxtı olan Bujumburanın beynəlxalq hava limanında eniş edib.
Nazir hava limanında Burundinin yüksək rütbəli rəsmiləri və diplomatik korpusun nümayəndələri tərəfindən təntənəli şəkildə qarşılanıb. Səfər proqramı çərçivəsində Sergey Lavrovun Burundi rəhbərliyi ilə ikitərəfli əlaqələrin inkişafı, regional təhlükəsizlik və humanitar sahədə əməkdaşlıq perspektivlərini müzakirə edəcəyi gözlənilir.

Şərhlər