Çexiya hökumətinin iclas zalında dinləmə cihazı aşkarlanıb.
"AzPolitika" xəbər verir ki, hadisə bu ilin yanvar ayında baş verib.
Cihaz təmizlik işləri zamanı əməkdaşlar tərəfindən aşkar edilib. Onu kiminsə itirdiyi güman edilir. Həmin gün binada bir neçə müşavirə keçirildiyindən, cihazı kimin və nə vaxt itirdiyini müəyyən etmək mümkün olmayıb.
Tapıntı barədə nə polisə, nə də xüsusi xidmət orqanlarına məlumat verilib. Hökumətin mətbuat xidməti cihazın təhlükəsizlik üçün təhdid təşkil etmədiyini açıqlayıb.
Məlumata görə, ABŞ-nin “Plaud” şirkətinin istehsalı olan cihaz söhbətləri yaza, sonra isə onları internet serverlərinə göndərə bilər. Burada isə səs yazısını süni intellektin köməyi ilə mətnə çevirmək mümkündür.(Qafqazinfo)

Şərhlər