Menu

İran ABŞ ilə İsraili hədələyib

10.07.2026, 17:22
İran ABŞ ilə İsraili hədələyib

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmmədbağır Zülqədr ölkənin infrastrukturuna qarşı həyata keçirilən hücumların cavabsız qalmayacağını bildirib.

Məlumata görə, Zülqədr ABŞ Prezidenti Donald Trampı sərt tənqid edərək, İranın cavab tədbirlərinin təkcə ABŞ ilə məhdudlaşmayacağını və İsrailin də bundan kənarda qalmayacağını iddia edib.

Onun açıqlaması ABŞ-nin ötən günlərdə Hörmüz boğazında ticarət gəmilərinə hücumlara cavab olaraq İranın cənub sahillərində yerləşən bir sıra hədəflərə, eləcə də ölkənin şimal-şərqindəki iki körpüyə zərbələr endirməsindən sonra səsləndirilib. 

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol