Almaniyanın avtomobil nəhəngi Volkswagen, xərclərin azaldılması və yenidənqurma proqramının bir hissəsi olaraq model çeşidini 50% azaldacaq.
“AzPolitika” xəbər verir ki, bu barədə şirkətin veb saytında açıqlama dərc edilib.
Şirkət həmçinin öz nəqliyyat vasitələri üçün komplektasiyaların sayını əhəmiyyətli dərəcədə - 75%-ə endirməyi planlaşdırır. "İstehsal gücü qlobal bazar vəziyyətinin dəyişməsinə və rəqabətin əhəmiyyətli dərəcədə artmasına uyğun olaraq ildə 9 milyon nəqliyyat vasitəsinə qədər tənzimlənəcək", - deyə açıqlamada qeyd olunur.
Dünən şirkətin İdarə Heyəti onu böhrandan çıxarmaq üçün 12 təşəbbüsdən, eləcə də gələcək inkişaf planından ibarət xərclərin azaldılması paketini təqdim edib. Media orqanları şirkət rəhbərliyinin 2034-cü ilə qədər Almaniyada 120.000 iş yerini ixtisar etməyi və dörd zavodu bağlamağı planlaşdırdığını yazır.
“AzPolitika.info”

Şərhlər