Menu

Pakistan İran–ABŞ qarşıdurmasının dərinləşməsindən narahatdır

10.07.2026, 22:38
Pakistan İran–ABŞ qarşıdurmasının dərinləşməsindən narahatdır

Pakistanın Baş naziri Şahbaz Şərif İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.

"AzPolitika" xəbər verir ki, bu barədə Pakistan Baş Nazirinin Ofisinin məlumat yayıb.

Bildirilib ki, tərəflər regiondakı son hadisələri müzakirə ediblər.

Şərif İranla ABŞ arasında son zamanlar gərginliyin artmasından narahatlığını bildirib və Tehranı, o cümlədən münaqişənin bütün tərəflərini təmkinli olmağa çağırıb.

Pakistanın Baş naziri gərginliyin azaldılması və bölgədəki vəziyyətin daha da pisləşməsinin qarşısının alınması üçün addımlar atılmasının vacibliyini vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol