Müxalif "Güclü Gürcüstan - Lelo" partiyasının liderlərindən Aleko Elisaşvili Tbilisi Şəhər Məhkəməsi tərəfindən terror aktı törətməyə cəhd etdiyinə görə 13 il müddətinə azadlıqdan məhrum edilib.
"AzPolitika" bu barədə Gürcüstan mediasına istinadla xəbər verir.
İş materiallarına görə, ötən ilin noyabr ayında Elisaşvili Tbilisi Şəhər Məhkəməsinin ofis binasını yandırmağa cəhd edib. O, gecə vaxtı binanın çöl şüşəsini çəkiclə sındırıb binaya daxil olduqdan sonra mühafizəçilər tərəfindən saxlanılıb.
Müstəntiqlərin sözlərinə görə, müxalifətçi ofis avadanlıqlarının üzərinə tezalışan maye töküb və sonra mühafizəçilərlə fiziki toqquşma baş verib.
Məhkəmə iclası zamanı Elisaşvili hərəkətlərinin hazırkı Gürcüstan hökumətinə qarşı bir etiraz forması olduğunu bildirib.

Şərhlər