Amerika mühəndislik və konsaltinq şirkəti AECOM-un nümayəndələri Ermənistana səfər ediblər.
"AzPolitika" “Armenpress”ə istinadla xəbər verir ki , bu barədə ABŞ-nin Ermənistandakı səfirliyinin Facebook səhifəsində yayımlanmış məlumatda bildirilir.
“Ötən həftə biz Ermənistanda Amerika mühəndislik konsaltinq şirkəti AECOM-un nümayəndələrini qəbul etdik.AECOM komandası və Ermənistan hökumətindəki tərəfdaşlar iqtisadi artımı, əlaqəni və regional inteqrasiyanı dəstəkləyəcək dəmir yolu və digər infrastrukturları yaratmaq məqsədi ilə TRIPP layihəsinin yerini araşdırıblar” - deyə paylaşımda qeyd olunub.

Şərhlər