Türkiyənin xarici işlər naziri Hakan Fidan S-400 zenit-raket kompleksləri ilə bağlı məsələnin həlli üçün Rusiya ilə dialoqun davam etdirilməsinin vacib olduğunu bildirib.
"AzPolitika" xəbər verir ki, nazir bu barədə "The National" nəşrinə müsahibəsində danışıb.
“Rusiya ilə konstruktiv danışıqlar aparmaq lazımdır”, - deyə Fidan vurğulayıb.
Onun sözlərinə görə, S-400 sistemləri ilə bağlı mövcud məsələlərin həlli qarşılıqlı dialoq və danışıqlar yolu ilə mümkündür.
Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskva ilə Ankara arasında S-400 zenit-raket kompleksləri mövzusunda təmasların davam etdiyini və müzakirələrin gələcəkdə də aparılacağını bildirmişdi.
Xatırladaq ki, Türkiyənin Hürriyet qəzeti Ankaranın Rusiyadan aldığı S-400 sistemlərini Fars körfəzi ölkələrindən birinə satdığı barədə məlumat yayıb. Rəsmi Ankara isə bu iddialara münasibət bildirməyib.

Şərhlər