Beynəlxalq Valyuta Fondu (BVF) 2026-cı il üçün qlobal iqtisadi artım proqnozlarını yeniləyib. Dünyanın əsas iqtisadi güclərinin yer aldığı siyahıda fərqli dinamika diqqət çəkir. Belə ki, bəzi aparıcı dövlətlər sabit artım nümayiş etdirdiyi halda, bəzilərində kəskin iqtisadi ləngimə müşahidə olunur.

“AzPolitika" BVF-nin “Dünya iqtisadiyyatının perspektivləri” hesabatının yenilənmiş variantına istinadən xəbər verir ki, böyük onluqda ən yüksək artım tempi Hindistan və Çində qeydə alınıb.

Yenilənmiş proqnozlara əsasən, ölkələr üzrə iqtisadi artım gözlənintiləri aşağıdakı kimidir:

Hindistan: 6,4 faiz

Çin: 4,6 faiz

Braziliya: 2,4 faiz

ABŞ: 2,3 faiz

Nigeriya: 4,1 faiz

Səudiyyə Ərəbistanı: 1,7 faiz

Rusiya: 1,1 faiz

Böyük Britaniya: 1,0 faiz

Almaniya: 0,7 faiz

Fransa: 0,6 faiz

Yaponiya: 0,6 faiz

Açıqlanan rəqəmlər göstərir ki, Hindistan 6,4 faizlik göstərici ilə qlobal iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi rolunda çıxış edir. ABŞ isə qərb ölkələri arasında 2,3 faizlə nisbətən stabil mövqe tutur.

Əksinə, Avropa İttifaqının lokomotivləri sayılan Almaniya (0,7 faiz) və Fransa (0,6 faiz) ciddi bir durğunluq dövrünü yaşayır.

Müharibə və sanksiyalar fonunda daxili resurslarını tükədən Rusiya iqtisadiyyatında isə artım tempinin cəmi 1,1 faiz olacağı gözlənilir ki, bu da ölkədəki iqtisadi gərginliyin dərinləşdiyini təsdiqləyir.

"AzPolitika.info"