Menu

“İran nüvə təsisatlarını bərpa etməyə çalışır” - "CNN"

11.07.2026, 12:38
“İran nüvə təsisatlarını bərpa etməyə çalışır” - "CNN"

"CNN"-in yaydığı məlumata görə, yeni peyk görüntüləri İranın nüvə təsisatlarını bərpa etməyə çalışdığına işarə edir.

Telekanalın xəbərində bildirilir ki, Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu ilə birgə təhlil edilən eksklüziv peyk görüntülərində Parçin nüvə təsisatının yaxınlığında xüsusi texnika müşahidə olunub.

"CNN" bu görüntülərin İranın nüvə infrastrukturunun bərpası istiqamətində fəaliyyət apardığını göstərən əlamətlər olduğunu qeyd edir.

Bundan əvvəl İran mediası bir neçə şəhərdə partlayış səslərinin eşidildiyini bildirmişdi. Daha sonra Parçin şəhərinin başçısı bu səslərin sursatların nəzarətli şəkildə məhv edilməsi ilə bağlı olduğunu və əhali üçün heç bir təhlükə yaratmadığını açıqlamışdı.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol