Ukrayna Prezidenti Volodimir Zelenski növbəti kütləvi Rusiya hücumundan sonra Qərb tərəfdaşlarını hərbi dəstəklə bağlı əvvəllər verilmiş vədləri mümkün qədər tez yerinə yetirməyə çağırıb.

"AzPolitika" xəbər verir ki, o, Kiyevə edilən hücum nəticəsində biri uşaq olmaqla 11 nəfərin yaralandığını bildirib. Eyni zamanda Odessa, Sumı, Xarkov və Çerniqov vilayətlərində də atəşin fəsadlarının aradan qaldırılması işləri davam edir.

Prezident tərəfdaşlarını Ukraynaya "Patriot" sistemlərinin ötürülməsini, onların istehsalı üçün lisenziyaların rəsmiləşdirilməsini, həmçinin raketdən müdafiə sisteminin yaradılması üzrə birgə Avropa layihəsinin icrasını sürətləndirməyə çağırıb. Onun sözlərinə görə, bu, prioritet vəzifəyə çevrilməlidir.

"AzPolitika.info"