Menu

Gizlədilən UNO sənədləri üzə çıxdı – ABŞ kəşfiyyat nəhənglərindən birgə hesabat + FOTO

11.07.2026, 15:12
Gizlədilən UNO sənədləri üzə çıxdı – ABŞ kəşfiyyat nəhənglərindən birgə hesabat + FOTO

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) UNO-lar (Naməlum Uçan Obyektlər) barədə üzərindən məxfilik qaldırılmış yeni məlumatlar toplusunu ictimaiyyətə təqdim edib.

"AzPolitika" xəbər verir ki, Pentaqon, NASA, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), Federal Təhqiqat Bürosu (FTB) və ABŞ Energetika Nazirliyi tərəfindən təqdim olunan arxivə 40 fayl daxildir. Bunların arasında 14 rəsmi sənəd, 19 video, həmçinin bir neçə fotoşəkil və səs yazısı yer alır.

Paylaşılan faylların təxminən yarısı 2010-cu il və ondan sonrakı dövrü əhatə edir. Videolarda hərbi kameralar tərəfindən qeydə alınmış infraqırmızı kadrlar əks olunub. Şəkillərdə isə Sakit okeanın qərb hissəsi, Atlantik okeanı və Yaxın Şərq də daxil olmaqla, dünyanın müxtəlif nöqtələrində qarşılaşılan "izah olunmaz obyektlər" və onlarla təmas anları əksini tapıb.

"AzPolitik.info"



Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol