Menu

Rusiya Sumıya zərbə endirib - Dörd nəfər ölüb

11.07.2026, 16:55
Rusiya Sumıya zərbə endirib - Dörd nəfər ölüb

Rusiyanın idarəolunan aviabombalarla Sumı (Ukrayna) şəhərinə endirdiyi zərbə nəticəsində azı dörd nəfər ölüb.

Bu barədə Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov sosial şəbəkələrdə bildirib.

Onun sözlərinə görə, daha yeddi nəfər yaralanıb və xəstəxanalara çatdırılıb.

O.Qriqorov qeyd edib ki, xilasetmə əməliyyatı davam edir, hücumun nəticələri barədə məlumat isə dəqiqləşdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol