Amerika hərbçiləri bu həftə İrana üçüncü zərbələr seriyasını tamamlayıb.

"Report"un məlumatına görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu barədə "X" sosial şəbəkəsində bildirib.

"Bu gün Şərq vaxtı ilə saat 19:15-də (Bakı vaxtı ilə saat 03:15) CENTCOM qüvvələri İrana qarşı üçüncü zərbə mərhələsinə başlayıb", - paylaşımda bildirilib. 

"Axios" portalının jurnalisti Barak Ravidin məlumatına görə, zərbələr ABŞ-nin İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) ittiham etdiyi Hörmüz boğazında bir gəmini atəşə tutmasına cavab olaraq həyata keçirilir.

Ümumilikdə, ABŞ hərbçiləri bazar gününə keçən gecə İranda təxminən 140 hərbi hədəfə hücum edib.