Amerikanın "SpaceX" şirkəti iyulun 16-da "Starship" kosmik gəmisinin prototip raket daşıyıcısının yeni sınaq buraxılışını həyata keçirməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə şirkətin "X" sosial şəbəkəsindəki məlumatında bildirilir.

"Starship"in 13-cü sınaq uçuşu 16 iyul, cümə axşamı günü gözlənilir", - paylaşımda deyilir.

Sınaq uçuşunun təxminən bir saat davam etməsi gözlənilir. Bu müddət ərzində "SpaceX" gəminin yük bölməsindən 20 ədəd "Starlink V3" rabitə peykini buraxmaq niyyətindədir. Daha altı peyk prototipin istilik qoruyucu ekranının vəziyyətini izləmək üçün istifadə olunacaq.

Əvvəlki sınaq buraxılışı mayda, "SpaceX"in üçüncü nəsil V3 raketinin ilk nümayəndəsi olan "Starship S39"un buraxılışı zamanı baş tutub. Gəmi buraxılışdan sonra partlayıb.

Şirkət bildirib ki, əvvəlki sınaqdan sonra mütəxəssislər proqram təminatını yeniləyib və 12-ci uçuş zamanı aşkarlanan problemləri həll ediblər.