Venesuelada baş vermiş güclü zəlzələ qurbanlarının sayı 4 490 nəfərə qədər artıb.
"Report" xəbər verir ki, bu barədə Milli Assambleyasının (parlamentinin) sədri Xorxe Rodriqes "Telegram" kanalında məlumat yayıb.
Hesabata əsasən, 16 740 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, daha 17 907 sakin isə evsiz qalıb.
190 tikili tamamilə dağılıb, 856 binaya ciddi ziyan dəyib. Axtarış-xilasetmə işləri çərçivəsində 6 462 nəfəri xilas etmək mümkün olub, xəstəxanalarda və müalicə müəssisələrində 32 401 nəfər tibbi yardım alıb. 120 794 ailəyə dəstək göstərilib, fəlakət zonasına 9 995 ton ərzaq çatdırılıb.
Xatırladaq ki, yeraltı təkanlar iyunun 24-ü axşam saatlarında Venesuelanı sarsıdıb. Təxminən 40 saniyə fasilə ilə 7,2 və 7,5 maqnitudalı iki silkələnmə qeydə alınıb. Hər iki zəlzələnin episentri Yarakuy ştatının ərazisində bir-birindən 10 km məsafədə yerləşib.

Şərhlər