İran qüvvələri ABŞ-nin İrana qarşı hücumlarına cavab olaraq bazar ertəsi günü İordaniya və Bəhreyndəki Amerika bazalarına zərbələr endirməyə başlayıb.

"AzPolitika" xəbər verir ki, İran ABŞ Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən İordaniyadakı Müvəffəq Salti aviabazasına və Bəhreyndəki ABŞ Beşinci Donanmasının bazasındakı obyektlərə raketlər atıb.

Bəhreynin Daxili İşlər Nazirliyi Amerika dəniz bazasında partlayış səslərinin eşidildiyini bildirir. Krallığın hər yerində raket hücumu barədə xəbərdarlıq edən hava hücumu sirenləri çalınır.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki , ABŞ qüvvələri bazar ertəsi gecəsi İrana qarşı əlavə zərbələr endirməyə başlayıb və Hörmüz boğazından sərbəst keçən mülki dənizçilərə və ticarət gəmilərinə hücum etmək qabiliyyətini azaltmağa davam edib.

Mərkəzi Komandanlıq ABŞ prezidenti Donald Trampın İran qüvvələrini məsuliyyətə cəlb etmək üçün zərbələrə əmr verdiyini vurğulayıb.